Haqqımızda
Azərbaycanın ictimai iaşə sektorunu vahid səsdə birləşdirən ictimai birlik.
Biz kimik
İctimai İaşə və Qastronomiya Assosiasiyası (İİQA) Azərbaycanda restoran, kafe, bar və digər ictimai iaşə müəssisələrini birləşdirən, gəlir əldə etmək məqsədi daşımayan ictimai birlikdir.
Assosiasiyanın ideyası sektor rəhbərlərinin bir araya gəldiyi Restaurant Management Club icmasında doğulub. 2026-cı ilin avqustunda keçirilən forumda bu ideyanı yüzlərlə sahibkar dəstəklədi, sentyabrda isə assosiasiya təsis edildi.
Biz mövcud qurumları əvəz etmirik, onların yanındayıq. Dövlət qurumlarına qarşı deyil, onlarla birlikdə işləyən peşəkar səsik.
Vizyon
Azərbaycanın ictimai iaşə və qastronomiya sektorunu sistemləşdirmək, standartlaşdırmaq və markalaşdırmaq yolu ilə qlobal rəqabətqabiliyyətli ekosistemə çevirmək.
Missiya
Sektorun müəssisələrini vahid platformada birləşdirmək, onların hüquq və maraqlarını təmsil etmək, peşəkarlığı və xidmət keyfiyyətini yüksəltmək, Azərbaycan mətbəxini dünyaya tanıtmaq.
Bu yolu üç mərhələdə görürük
1-ci mərhələ
Sistemləşmə
Vahid xidmət standartları, təlim və sertifikatlaşdırma.
2-ci mərhələ
Markalaşma
Keyfiyyətin görünən olması, ulduz təsnifatı, milli mətbəxin brendə çevrilməsi.
3-cü mərhələ
İxrac
Yerli brendlərin və Azərbaycan mətbəxinin xarici bazarlara çıxması.
Dəyərlərimiz
Vahid səs
Kiçik kafedən böyük şəbəkəyə qədər hər üzvün səsi eşidilir.
Peşəkarlıq
Mövqeyimizi faktlara və sektorun real ehtiyaclarına əsaslanaraq formalaşdırırıq.
Şəffaflıq
Üzvlər görülən işlər və vəsaitlərin istifadəsi barədə hesabat alır.
Neytrallıq
Tərəfdaşlar görünürlük alır, amma assosiasiyanın qərarlarına təsir etmir.
Qonaqpərvərlik ənənəsi
Azərbaycan qonaqpərvərliyi yeni sənaye deyil: karvansaraydan bu günə qədər davam edən peşədir.
Nə edirik
Sektorun problemlərini araşdırır və dövlət qurumlarına təkliflər veririk.
Üzvlərin ümumi maraqlarını dövlət, özəl və beynəlxalq qurumlar qarşısında təmsil edirik.
Təlim, maarifləndirmə və peşə hazırlığı təşkil edirik.
Milli mətbəxin və qastronomiya turizminin inkişafına dəstək veririk.
Forum, konfrans, müsabiqə və seminarlar keçiririk.
Sektor üzrə araşdırma və hesabatlar hazırlayırıq.
Tariximiz
14 avqust 2026
İctimai İaşə və Qastronomiya Forumu, Four Seasons Hotel Baku: 231 iştirakçı, 150 şirkət rəhbəri və sahibkar. İİQA, Clopos və Bir Ekosistem arasında üçtərəfli anlaşma memorandumu imzalandı.
23 sentyabr 2026
Təşəbbüs qrupu iclasında assosiasiya təsis edildi, İdarə Heyəti seçildi.
21 oktyabr 2026
Qeydiyyat sənədləri Ədliyyə Nazirliyinə təqdim olundu.
Qeydiyyatdan sonra
Rəsmi üzv qəbulunun açılması.