Əsas məzmuna keç
İİQA
Üzv ol

Üzvlük

İİQA-ya üzv olan müəssisə tək deyil: dövlət qarşısında səsi, qanun dəyişəndə xəbəri, sektorda şəbəkəsi olur.

Üzvlüyə müraciət et

Hal-hazırkı status

İİQA dövlət qeydiyyatı mərhələsindədir. Rəsmi üzv qəbulu qeydiyyat başa çatdıqdan sonra açılacaq. Hal-hazırda üzvlük haqqı qəbul edilmir. Müraciətinizi indidən göndərə bilərsiniz: qəbul açılan kimi sizinlə ilk növbədə əlaqə saxlayacağıq.

Niyə üzv olmalı

14 xidmət istiqaməti

Dövlət qarşısında səsiniz olsun

Probleminizi assosiasiya rəsmi işçi qruplarına və qurumlara çıxarır.

Qanun dəyişəndə ilk siz bilin

Vergi və AQTA yenilikləri barədə sadə dildə bülleten alın.

Komandanızı gücləndirin

İİQA Academy təlimləri və gələcəkdə kadr bazası.

Sektor rəhbərləri ilə bir masada olun

Qapalı görüşlər, ümumi yığıncaqlar, seminarlar.

Brendinizi tanıdın

İİQA-nın saytında və sosial şəbəkələrində üzv təqdimatları.

Nəticəni görün

Assosiasiyanın sizin üçün gördüyü işlər barədə mütəmadi hesabat.

Kimlər üzv ola bilər

Azərbaycanda fəaliyyət göstərən ictimai iaşə müəssisələri: restoranlar, kafelər, barlar, qəhvəxanalar, şadlıq sarayları, fast-fud və keyterinq şirkətləri, həm tək obyektli müəssisələr, həm də şəbəkələr.

Təchizatçı və texnologiya şirkətləri assosiasiya ilə tərəfdaş kimi işləyir.

Tərəfdaşlıq

Necə üzv olmaq

1

Müraciət edin. Saytdakı formu doldurun.

2

Baxış. İcra ofisi müraciətinizi yoxlayır və lazım olsa sizinlə əlaqə saxlayır.

3

Qərar. İdarə Heyəti müraciətə 1 ay ərzində baxır.

4

Üzvlük. Qərardan sonra üzvlük sənədləriniz və xoşgəldin məktubu göndərilir.

Tez-tez verilən suallar

İİQA nədir?

Azərbaycanın ictimai iaşə müəssisələrini birləşdirən, gəlir məqsədi daşımayan ictimai birlikdir. Məqsədimiz sektorun maraqlarını təmsil etmək, peşəkarlığı və xidmət keyfiyyətini artırmaqdır.

Kimlər üzv ola bilər?

Restoran, kafe, bar, qəhvəxana, şadlıq sarayı, fast-fud və keyterinq kimi ictimai iaşə müəssisələri. Tək obyektli müəssisə də, şəbəkə də üzv ola bilər.

Təchizatçı şirkət üzv ola bilərmi?

Təchizatçı və texnologiya şirkətləri üzv deyil, tərəfdaş kimi işləyir. Əməkdaşlıq üçün “Tərəfdaşlıq” səhifəsindən müraciət edin.

Üzvlük haqqı nə qədərdir?

Hal-hazırda üzvlük haqqı qəbul edilmir. Haqlar rəsmi üzv qəbulu açılanda elan olunacaq.

Rəsmi üzv qəbulu nə vaxt başlayır?

Assosiasiyanın dövlət qeydiyyatı başa çatdıqdan sonra. Müraciətinizi indidən göndərsəniz, sizinlə ilk növbədə əlaqə saxlayacağıq.

Müraciətə nə vaxt cavab verilir?

İdarə Heyəti müraciətə 1 ay ərzində baxır. Nəticə barədə sizi e-poçtla məlumatlandırırıq.

Bir neçə filialımız var. Necə üzv oluruq?

Şəbəkə bir müraciətlə üzv olur, formada filial sayını qeyd edirsiniz. Haqlar tətbiq olunanda şəbəkələr üçün xüsusi qayda nəzərdə tutulur.

Üzv olanda nə əldə edirəm?

Dövlət qarşısında təmsilçilik, vergi və AQTA yenilikləri barədə bülleten, təlimlər, sektor rəhbərləri ilə görüşlər və brendinizin təqdimatı. Xidmətlər mərhələ-mərhələ genişlənir.

Bakıdan kənardakı müəssisələr üzv ola bilərmi?

Bəli, müraciət bütün bölgələrdən qəbul olunur. İlk mərhələdə fəaliyyətimiz Bakı və Sumqayıtda cəmlənir, bölgələr sonrakı mərhələlərdə əlavə olunacaq.

Sualımın cavabını tapmadım. Kimlə əlaqə saxlayam?

Əlaqə səhifəsindəki formdan yazın və ya +994 50 390 92 64 nömrəsinə zəng edin.

Üzvlər üçün “Etik, Dürüstlük və Açıqlıq Qaydaları” hazırlanır. Sənəd layihə mərhələsindədir, üzərində iş gedir.

Sektorun səsinə qoşulun

Formu doldurmaq 3-4 dəqiqə çəkir. Müraciətiniz İdarə Heyətinə təqdim olunacaq.

Müraciət et

Sektordan xəbərsiz qalmayın

Vergi və AQTA yenilikləri, tədbirlər və assosiasiyanın xəbərləri e-poçtunuza gəlsin.